525.Az

XİN-də diplomatik xidmətə işə qəbul müsabiqəsinin növbəti mərhələsi başlayıb


 

XİN-də diplomatik xidmətə işə qəbul müsabiqəsinin növbəti mərhələsi başlayıb<b style="color:red"></b>

Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə işə qəbul müsabiqəsinin növbəti (müsahibə) mərhələsi başlayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən 525.az-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilmiş yazılı imtahan mərhələsini keçərək müsahibə mərhələsində iştirak üçün sənədlərini təqdim edən 105 namizədlə təşkil ediləcək müsahibə prosesi 27 may 2022-ci il tarixinədək davam edəcək.

Müsahibə mərhələsinin nəticələri müsahibə prosesi başa çatdıqdan sonrakı 10 gün ərzində açıqlanacaq.

 





10.05.2022    çap et  çap et