525.Az

DSX hərbi qulluqçusu intihar edib


 

DSX hərbi qulluqçusu intihar edib<b style="color:red"></b>

Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Ağstafa rayonu ərazisində yerləşən şöbəsinin həqiqi hərbi xidmət hərbi qulluqçusu gizir Əlizadə Tərlan Rafiq oğlu yaşadığı xidməti mənzildə intihar edib.

525.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

 





11.05.2022    çap et  çap et