525.Az

Şuşada "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı başlayıb - Yenilənib


 

Şuşada "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı başlayıb - <b style="color:red">Yenilənib</b>

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı başlayıb.

525.az xəbər verir ki, sayca beşinci festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin iştirakı nəzərdə tutulur.

Festivalın açılışı günü bir sıra şəxslər, qruplar, ansambllar çıxış edəcəklər:

Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Əməkdar artistlər Babak Niftəliyev (xanandə), İlkin Əhmədov (xanəndə) Səbinə Ərəbli (xanandə)

Ankara Türk Dünyası Müzik ve Halk Dansları Topluluğu (Türkiyə)

Xalq artisti Polad Bülbüloğlu (bəstəkar və müğənni)

Bakı Xoreoqrafiyası Akademiyasının "Xarıbülbül" Ansamblı

"Cəngi" Estrada Folklor Rəqs Ansamblı

Əməkdar artist Şirzad Fətəliyevin (balaban) nəfəs alətləri qrupu

Şeyx Tidiane Sekin etno caz qrupu (Mali)

"Colors of Pakistan" qrupu (Pakistan)

Azərbaycan Dövlət Rəqs Ansamblı

"Yuma" dueti (Tunis)

"Melitassi" Folklor Rəqs Ansamblı (Gürcüstan)

Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (aşıq) və Əli Tapdıqoğlu (aşıq)

"Baxor" Rəqs Ansamblı (Özbəkistan)

Əməkdar artist Aybəniz Haşımova (müğənni) və "Bülbüllər" qrupu.

Qeyd edək ki, tədbir Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili ilə bağlı Tədbirlər Planı”na əsasən keçirilir.

***

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Azərbaycan Respublikasında 2022-ci il “Şuşa İli” elan edilmişdir.

525.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Şuşa İli ilə bağlı Tədbirlər Planı”na əsasən "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı keçiriləcək.

Sözügedən festivalın 2022-ci il 12-14 may tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi nəzərdə tutulmuşdur.

İlk dəfə 1989-cu ildə keçirilmiş və Seyid Şuşinskinin 100 illik yubileyinə həsr edilmiş festival II Qarabağ müharibəsində qazanılmış parlaq zəfər nəticəsində 30 illik fasilədən sonra 2021-ci ilin 12-13 may tarixlərində Şuşada Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən keçirilmişdir.

Cari ildə keçiriləcək sayca beşinci festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin iştirakı nəzərdə tutulur.

 





12.05.2022    çap et  çap et