525.Az

Ceyhun Bayramov Düşənbə şəhərinə yola düşüb


 

Ceyhun Bayramov Düşənbə şəhərinə yola düşüb<b style="color:red"></b>

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Düşənbə şəhərinə yola düşüb.

XİN-dən 525.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramovun səfər çərçivəsində, həmçinin bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub.

 





12.05.2022    çap et  çap et