525.Az

Humanitar Kollecdə Ulu öndərin xatirəsi anılıb


 

Humanitar Kollecdə Ulu öndərin xatirəsi anılıb <b style="color:red"></b>

Mayın 10-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar kollecdə Ulu öndər Heydər Əliyevin 99 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Tədbirdə Binəqədi İcra başçısının müavini Süleymanova Sevinc, YAP Binəqədi rayon təşkilatının sədr müavini Abdullayeva Sevinc, Xalq artisti, tarzən Zamiq Əliyev, Xalq artisti, xanəndə Simarə İmanova, Əməkdar artisti, bədii qiraətçi Azad Şükürov iştirak ediblər.

Sənətkarlarımız Ulu öndər Heydər Əliyev haqqında danışıb və onunla bağlı xatirələrini bölüşüblər.

Konsertdə Ulu öndərin sevdiyi musiqi nümunələri kollecin orkestrı, xoru, müəllim və tələbə heyəti tərəfindən səsləndirilib. Eləcə də tədbirdə kollecin tələbələrinin hazırladığı Azərbaycan və Ulu öndərə həsr olunmuş rəsm əsərləri nümayiş olunub.

ŞAHANƏ 

 





12.05.2022    çap et  çap et