525.Az

AFFA iki klubu cərimələdi


 

AFFA iki klubu cərimələdi<b style="color:red"></b>

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

525az xəbər verir ki, toplantıda Premyer Liqamızın 26-cı turundakı qayda pozuntuları ilə bağlı qərarlar verilib. 
“Qəbələ” – “Neftçi” oyununda “Qəbələ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub. 

"Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub. Həmçinin, "ağ-qaralar"ın fanatları tərəfindən meydana pirotexniki vasitə atıldığı üçün klub 1600 manat cərimə olunub.

 





13.05.2022    çap et  çap et