525.Az

Hava yenidən qeyri-sabit keçəcək


 

Hava yenidən qeyri-sabit keçəcək <b style="color:red"></b>

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə əlaqədar xəbərdarlıq yayıb.

Xidmətdən 525.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında mayın 14-ü gün ərzində cənub-qərb küləyinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında mayın 15-i axşam qərb rayonlarından başlayaraq 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

 





13.05.2022    çap et  çap et