|
|
|
|
Türkiyə ordusunun İraqın şimalında keçirdiyi “Pençe-Kilit” əməliyyatında 1 əsgəri həlak olub, daha bir neçə hərbçi yaralanıb.
Bu barədə 525.az “Haber Global”a istinadən xəbər verir.
Qeyd edilir ki, terrorçular tərəfindən “Pençe-Kilit” əməliyyatı bölgəsində yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində sıravi Selman Gülər şəhid olub.
Partlayış nəticəsində 3 əsgər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.