525.Az

İraqda Türkiyə ordusunun əsgəri həlak olub, daha bir neçə hərbçi yaralanıb


 

İraqda Türkiyə ordusunun əsgəri həlak olub, daha bir neçə hərbçi yaralanıb<b style="color:red"></b>

Türkiyə ordusunun İraqın şimalında keçirdiyi “Pençe-Kilit” əməliyyatında 1 əsgəri həlak olub, daha bir neçə hərbçi yaralanıb.

Bu barədə 525.az “Haber Global”a istinadən xəbər verir.

Qeyd edilir ki, terrorçular tərəfindən “Pençe-Kilit” əməliyyatı bölgəsində yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində sıravi Selman Gülər ​​şəhid olub.

Partlayış nəticəsində 3 əsgər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

 





13.05.2022    çap et  çap et