525.Az

Ombudsman Türkiyənin Bursa valisi, bələdiyyə sədrləri ilə görüşüb


 

Ombudsman Türkiyənin Bursa valisi, bələdiyyə sədrləri ilə görüşüb<b style="color:red"></b>

Ombudsman Səbinə Əliyeva Türkiyəyə səfəri çərçivəsində Bursa valisi, Bursa Böyükşəhər və Osmanqazi bələdiyyələrinin sədrləri ilə görüşüb.

Ombudsman Aparatından 525.az-a verilən məlumata görə, görüşlər zamanı S. Əliyeva Azərbaycan Ombudsman təsisatının fəaliyyət istiqamətləri barədə məlumat verib.
 

Bununla yanaşı, səfər çərçivəsində imzalanan Anlaşma Memorandumu ilə Türk Dövlətləri Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının təsis edilməsinin türkdilli ölkələr arasında əməkdaşlığın güclənməsi baxımından önəmi vurğulanıb.

 





13.05.2022    çap et  çap et