525.Az

Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları beynəlxalq konqresdə - Foto


 

Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları beynəlxalq konqresdə  -<b style="color:red"> Foto</b>

9-11 may 2022-ci il tarixlərində Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, institutun Kulturologiya və incəsənətin nəzəriyyəsi şöbəsinin müdiri, professor Rəna Abdullayeva və böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyev Türkiyənin Aydın şəhərində keçirilmiş “Balkanlar, Anadolu, Qafqaz və Türküstanın coğrafiyası, sənəti, mədəniyyəti, tarixi və folkloru” adlı II beynəlxalq konqresdə iştirak ediblər.
 

AMEA Memarlıq və İncəsənət İnstitutu və Aydın Adnan Menderes Universiteti tərəfindən təşkil olunmuş tədbir professor Ahmet Aytaç və AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin sədrliyi ilə baş tutub.

Beynəlxalq tədbirin açılış mərasimində çıxış edən AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə konqresi beynəlxalq birlik rəmzi kimi dəyərləndirib, tədbirin işinə uğurlar arzulayıb. O, Adnan Menderes Universitetinin rektoruna Memarlıq və İncəsənət İnstitutunda nəşr olunmuş “Təsviri sənətdə Heydər Əliyev obrazı” kitabını təqdim edib.

Daha sonra  professor Ərtegin Salamzadə plenar iclasında “Türk dünyası coqrafiyasında sənət” adlı məruzə ilə çıxış edib.

Konqresdə, həmçinin professor Rəna Abdullayevanın “Multikulturalizm Türk ənənəsində və müasir cəmiyyətdə” və s.ü..f.d. Ramil Quliyevin “Təsviri sənətdə Boz qurd simvolu və onun müasir mədəniyyətdə təfsiri” mövzusunda məruzələri dinlənilib.


Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Azərbaycan və Türkiyə ilə yanaşı, konqresin işinə Makedoniya, Albaniya, Qazaxıstan, Özbəkistan, Moldova, Rusiya və digər ölkələrin 137 nümayəndəsi qatılıb.

Tədbir çərçivəsində, həmçinin təsviri sənət sərgisi təşkil olunub.

Bundan başqa, konqres iştrakçıları Aydın şəhər Arxeoloji Muzeyi və Adnan Menderes Muzeyini ziyarət ediblər.

 





13.05.2022    çap et  çap et