525.Az

"Mançester Siti" Aqüeronun heykəlini ucaldıb - Foto


 

"Mançester Siti" Aqüeronun heykəlini ucaldıb - <b style="color:red">Foto</b>

Mançester komandası "Etihad Stadium"da 2012-ci ildə "Queens Park Rangers"a 93-cü dəqiqədə qalibiyyət qazandıran qolun müəllifi Aqüeronun heykəlini ucaldıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Aqüeronun heykəli keçmiş komanda yoldaşları David Silva və Vinsent Kompaninin heykəlləri ilə yanaşı olacaq. Məşhur heykəltəraş tərəfindən dizayn edilmiş və minlərlə qaynaqlanmış, sinklənmiş poladdan istifadə edilərək hazırlanmış heykəl futbol tarixinin ən ikonik anlarından birini təmsil edəcək. 

Gecələr isə komandanın rəngləri olan mavi işıqlarla işıqlandırılacaq. İngilis komandasının sosial media hesabında paylaşdığı videoda hisslərini dilə gətirən Aqüero, "Həqiqət budur ki, bu mənim üçün çox gözəl və xüsusi bir şeydir, 10 il əvvəllki halımı görmək çox həyəcan vericidir. Bu 10 il ərzində mən çox kuboklar qazandım və klubun dünyanın ən yaxşılarından birinə çevrilməsinə kömək edə bildim. Abidənin şəhərdə ucaldılmasına görə kluba minnətdaram. Bu, mənim üçün çox xüsusi bir şeydir'' deyib. Bu yaxınlarda Premyer Liqanın Şöhrət siyahısına daxil edilən Aqüero "Siti"də oynadığı müddətdə 5 Premyer Liqa, 1 İngiltərə Kuboku və 6 Liqa Kuboku daxil olmaqla 15 kubok qazanıb.

Qeyd edək ki, ürək problemi səbəbilə futbol karyerasını bitirən argentinalının son klubu "Barselona" olub. O İspaniya təmsilçisində 4 oyun keçirib və 1 qol vurub.

Məhəmməd Tağıyev

 





13.05.2022    çap et  çap et