525.Az

Hindistanda bu gün matəm elan olunub


 

Hindistanda bu gün matəm elan olunub<b style="color:red"></b>

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidenti Xəlifə bin Zayed Əl Nəhyanın vəfatı ilə əlaqədar Hindistanda bu gün milli matəm elan edilib.

525.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Matəm günü Hindistandakı binalarda bütün dövlət bayraqları yarıya endiriləcək. Həmçinin bütün rəsmi və əyləncli tədbirlər ləğv ediləcək.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nəhyan bu gün 74 yaşında vəfat edib.

O, 2004-cü il noyabrın 3-də BƏƏ Ali Şurası tərəfindən ölkə Prezidenti seçilib. Al Nəhyan 2009, 2014 və 2019-cu illərdə təkrar bu posta seçilib.

 





14.05.2022    çap et  çap et