525.Az

Millimiz Zambiyaya uduzub


 

Millimiz Zambiyaya uduzub<b style="color:red"></b>

Azərbaycanın futbol üzrə U-17 millisi UEFA İnkişaf turnirində ilk oyununu keçirib.

525.az xəbər verir ki, yığmamız Gürcüstanda təşkil edilən yarışda Zambiyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Komandamız 1:3 hesabı ilə məğlub olub. Millinin heyətində yeganə qolu 28-ci dəqiqədə Musa Məmmədov vurub.

Qeyd edək ki, U-17-nin növbəti oyunu mayın 16-da gürcüstanlı həmyaşıdlarına qarşı olacaq.

 





14.05.2022    çap et  çap et