525.Az

XXI əsrdə ən çox het-trik edən futbolçular açıqlanıb


 

XXI əsrdə ən çox het-trik edən futbolçular açıqlanıb<b style="color:red"></b>

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə ən çox het-trik edən oyunçuların siyahısını açıqlayıb.

"Report" IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Kriştianu Ronaldu birinci pillədə qərarlaşıb.

37 yaşlı forvard karyerası ərzində 60 dəfə buna nail olub.

Fransa PSJ-sində çıxış edən Argentina yığmasının ulduz futbolçusu Lionel Messi (55) ikinci, Maldiv seçməsinin və "İqlz" klubunun üzvü Əli Aşfak (35) üçüncü sırada yer alıb.

İlk "5-liy"i Almaniya "Bavariya"sında çıxış edən polşalı Robert Levandovski (30) və İspaniyanın "Atletiko" (Madrid) komandasından uruqvaylı hücumçusu Luis Suares (29) qapayır.

 





14.05.2022    çap et  çap et