525.Az

Niderlandda Şuşaya həsr olunmuş poçt markaları buraxılıb


 

Niderlandda Şuşaya həsr olunmuş poçt markaları buraxılıb<b style="color:red"></b>

Niderlandın Amsterdam şəhərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş poçt markaları çap edilib. 

Diaspora Komitəsindən 525.az-a verilən məlumata görə, həmin ölkədə yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü ilə  "Azərbaycanın inciləri" layihəsi çərçivəsində buraxılan markanın üzərində Şuşa qalası ilə “Xarı bülbül” çiçəyinin təsviri və “Qarabağ”, “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. İlham Əliyev” sözləri əks olunub. Markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən buraxılıb.
 
Poçt markalarının buraxılmasında məqsəd niderlandlıların diqqətini 2022-ci ilin “Şuşa İli” elan edilməsinə, Qarabağ bölgəsinin əzəli Azərbaycan torpaqları olmasına cəlb etməkdir.
 
Xatırladaq ki, Amsterdamda “Azərbaycan inciləri” layihəsi çərçivəsində “Nizami Gəncəvi-880”, “Heydər Əliyev”, “Xarı bülbül”, “Rəşid Behbudov”, "Əminə Dilbazi", "Covdət Hacıyev", “Kəlbəcərdə həlak olan jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışov” adlı markalar çap edilib
 

 





14.05.2022    çap et  çap et