525.Az

Namik Ələskərovun komandası aşağı liqaya düşüb


 

Namik Ələskərovun komandası aşağı liqaya düşüb<b style="color:red"></b>

Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyənin "Bursaspor" klubunda növbəti oyununu keçirib.

525.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi səfərdə "Bandırmaspor"a qarşı I Liqanın XXXVII tur matçında iştirak edib.

Qarşılaşma Bursa təmsilçisinin 2:4 hesablı məğlubiyyəti ilə bitib. Görüşə start heyətdə başlayan Ələskərov 63-cü dəqiqədə əvəzlənib.

"Timsahlar" 35 oyuna 41 xalla 16-cı pillədə qərarlaşıb və komandanın sona bir tur qalmış aşağı liqaya düşəcəyi dəqiqləşib.

 





14.05.2022    çap et  çap et