525.Az

Rusiya Premyer Liqasını tərk edən ilk klub bəlli olub


 

Rusiya Premyer Liqasını tərk edən ilk klub bəlli olub<b style="color:red"></b>

Futbol üzrə Rusiya Premyer Liqasını tərk edən ilk klub bəlli olub.

525.az-ın məlumatına görə, "Arsenal" (Tula) komandası aşağı liqaya düşüb.

Tula təmsilçisi XXIX turda "Ufa"ya 1:2 hesabı ilə uduzub və sona bir tur qalmış 23 xalla sonuncu - 16-cı pillədə qərarlaşıb.

"Arsenal" növbəti mövsüm Milli Futbol Liqasında (FNL) mübarizə aparacaq. Komanda axırıncı dəfə 2015/2016 mövsümündə FNL-də çıxış edib.

 





14.05.2022    çap et  çap et