525.Az

Məmməd Əhmədzadə və Ravin Alməmmədov hamıdan güclü oldular


 

Məmməd Əhmədzadə və Ravin Alməmmədov hamıdan güclü oldular<b style="color:red"></b>

May ayının 13-15-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından 525.az-a verilən məlumata görə, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir.

Günə yaşı 15 və 17-yə qədər olan atletlərin 67 kq çəki dərəcəsində mübarizəsi ilə yekun vurulub. Toplam 164 kq (74+90) nəticə ilə Abşeron təmsilçisi Məmməd Əhmədzadə 15 yaşlılarda, toplam 267 kq (117+150) nəticə ilə Qazax təmsilçisi Ravin Alməmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.


 

 





14.05.2022    çap et  çap et