525.Az

Keçmişdən gələcəyə dəyərlərin qorunaraq çatdırılması mövzusunda tədbir keçirilib


 

Keçmişdən gələcəyə dəyərlərin qorunaraq çatdırılması  mövzusunda tədbir keçirilib<b style="color:red"></b>

Nyu-York şəhərindəki Türk Evində “Türk dünyasının yəhudi icmaları: keçmişdən gələcəyə dəyərlərin qorunaraq çatdırılması” adlı tədbir keçirilib.

Türkiyənin Nyu-Yorkdakı Baş konsulluğunun və Amerika-Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Buxara, Qafqaz, Səfərad və Aşkenazi yəhudilərinin nümayəndələri iştirak ediblər.

Müsəlman və yəhudilərin ümumi dəyərləri, tarixi bağları və müasir dünyadakı əlaqələri haqqında açılış nitqi ilə çıxış edən Amerika-Azərbaycan Cəmiyyətinin rəhbəri Tomris Azəri Türkiyə, Azərbaycan, Özbəkistan və Qazaxıstanda məskunlaşan yəhudi icması üzvlərinin əsrlərdir sülh və əmin-amanlıq, tolerantlıq şəraitində yaşadıqlarını, yerli xalqlarla birgə əməkdaşlığını xüsusi vurğulayıb.

Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Reyhan Özgür müxtəlif dinlərdən olan qədim xalqların əsrlər boyu türk dünyası ərazilərində birgə yaşayışından danışıb.

525.az xəbər verir ki, diplomat həmin xalqların hər zaman fikir və söz azadlığı hüquqlarına malik olduğunu, öz dini mərasim, ayin və tədbirlərini sərbəst şəkildə keçirdiklərini nəzərə çatdırıb.

Amerika Buxara Yəhudiləri Konqresinin vitse-prezidenti David Pinxasov və Qafqaz Yəhudiləri Cəmiyyətinin rəhbəri Yakov Abramov Özbəkistan və Azərbaycanda məskunlaşan yəhudi icmaları üzvlərinin tolerant və multikultural mühitdə yaşadıqları barədə fikirlərini bölüşüblər.

Tədbir Buxara yəhudi icmasının təmsilçisi Tamara Katayevin ifası ilə davam edib.

 

 





14.05.2022    çap et  çap et