525.Az

Qatilin qətli və ya cəzasız cinayət


 

Qatilin qətli və ya cəzasız cinayət<b style="color:red"></b>

Nəhayət... nəhayət ki... Mehriban Ələkbərzadədən çox mükəmməl bir rejissor işi. Tamaşanın mizan quruluşu bir burulğanı xatırladır: Xalq yazıçısı ElçininQatilpyesinin personajları Mehribanın rejissurasında sanki ehtiraslar burulğanına düşüb fırlanırlar; gah ehtiraslar içində qərq olurlar, ehtirasların romantikasına uyurlar, gah da boy verib gerçəkliyin məntiqini qəbul eləyirlər; elə ki, qəbul elədilər, həqiqətlərin acısını daddılar, yenidənbaş vurubburulğanda özlərini unudurlar.

Ancaq bütün hallarda burulğanın sonu ölüm. “Burulğanarxa planda uca, modern binalar arasından elə bil kisivişibpilləkənlər üstündə qoyulmuş qapıdan içəri girir, mənzilin mərkəzinə enib şişir, böyüyür, dalğa-dalğa hərlənir,  sürətlənir, tamaşanın qəhrəmanlarını, qara,  ağır stolu, stulları,  digər xırda predmetləri aşırıb, tennis topu kimi ora-bura çırpıb sadist bir hökmranlıqla oynadır sonra... ön plana gəlib nəfəsini dərir, sakitləşir səhnə quyusuna girib gözdən itir.

Tamaşanın mizan quruluşunun çoxsaylı məna sayrışmalarının fiqurativ simvolik obrazıdır burulğan, əlbəttə ki, məncə, mənim gördüyüm qədərincə. Burulğan həm baş qəhrəmanlardan birinin, – Oğlanın, – əməl xəttinin səhnə məkanında plastik rəsmi, plastik qiyafəsi kimi açılır seyrçiyə.

Bir neçə il bundan əvvəl hazırlamışdıQatili Mehriban Ələkbərzadə Milli Teatrın səhnəsində o tamaşa ilə bir çox festivalları gəzmişdi... Amma indi... restavrasiya adı altında rejissor öz tamaşasını tamam söküb yenidən yığıb: təhkiyə primitivliyindən qurtulub, tamaşanın epizodlarını mənalar bolluğuna çıxarıb, hər bir rəftarın konkret psixofizioloji bəraətini tapıb, heç bir kəlməni, ifadəni boş buraxmayıb, sözü mizanlarda, mizanları tərtibatda, tərtibatı musiqidəəridəbilib, onları vahid birburulğandinamikasında tarazlığa gətirməyi bacarıb.

Bütün bunlar ona görə belə alınıb ki, rejissor idealda mümkün olası qədər pyeslə doğmalaşıb, onu özünküləşdirirb, “Qatilin personajları ilə sanki birgə nəfəs almağa başlayıb. Məhz elə bu səbəbdən ElçininQatilpyesi öz sirrini Mehriban Ələkbərzadəyə təslim edib: aşkarlanıb ki, əsər aktyorların oyununa rəng qatacaq gizli mənalarla doludur; aşkarlanıb ki, “cinayət cəzabir-birinin içində yaşayan, bir-birinin davamı olan sosial, mənəvi-əxlaqi təzahürlərdir onları bir-birindən qoparmaq, ayırmaq olmur; aşkarlanıb ki, ədəbiyyat, təbii ki, sitatlarla pyesin mətninə gətirilmiş Dostoyevski, Svetayeva timsalında, sevgi oğrusu üçün, –  Oğlan üçün, –  bir şirmadır, fəaliyyət maskasıdır, imicdir; aşkarlanıb ki, Qadın heç məsum günahsız deyil: öz bədəninin seksual çağırışının tilsiminə düşəndə  o, qürurunu, kimliyini, sosial mənsubiyyətini unudub, ehtiyatını əldən verib ehtiras burulğanına atılıb; aşkarlanıb ki, 20 ildən sonra yağışlı bir gecədə keçmiş müəlliməsinə eşq elan edən Oğlan başqasını incitməkdən öz-özünə yazığı gəlməkdən həzz duyan sadomazoxist birisidir. Amma buna baxmayaraq rejissor tamaşada hətta onun üçün bəraət şansı saxlayır: buəcayibpsixopat məxluqun uşaqlığı məhrumiyyətlər, basqılar, sevgisizlik kasıblıq mühitində keçib; ol səbəbdən heç nəyə inanmır Oğlan; ol səbəbdən yalquzaq xislətlidir Oğlan; ol səbəbdən içi xıltdır Oğlanın bu xılt, bu acı, bu irin mütəmadidaşıbsəhnəniçirkləndirir”. Qadın isə bir an belə şübhələrindən qurtula bilmir; daim öz ürəyində götür-qoy eləyir ki, Oğlanı yağışlı gecədə yanında saxlamaqla düz addım atıb, ya yox. Yəni tamaşada heç birmənalı yozulmur, heç nəyə birmənalı cavab tapılmır. Cavab hər bir seyrçinin özünə görə, öz düşüncələrinə, öz yaşantılarına görə mövcuddur.

Səhnə möhtəşəm göydələnlər şəhərinin bir fraqmentidir (tərtibatçı rəssam İlham Elxanoğlu): gecə işıqları içində sayrışır. Bax, elə bu möhtəşəm binalar arasındadəliehtiraslar yaşanır tənhalıq qorxusundan; bax, elə bu möhtəşəm binalar arasında cinayətlər cəzaya yol açır, cəzalardan isə yeni cinayətlər törəyir. Səhnə dizaynı qara rənglərin təzad dinamikası üzərində qurulub: harada qara varsa, ora bir ilişib”: əksinə, harada bir varsa, oradan mütləq bir qara görünür. Bu, həyatdır, cənablar, ağla qaranın sərhədində yerləşən həyat... burada xeyir şərlə qarışıb, pisyaxşı ilə, mənfimüsbətlə, düzəyrilə, yalanhəqiqətlə... Odur ki, kimin kim olduğu, kimin necə olduğu həmişə müəmmadır. Rejissor da mizanları elə düzənləyib, aktyorların hərəkətini səhnə məkanında elə paylaşdırıb ki, (pərdələrin köməyilə) qaranın  (səhnə konstruksiyanın) içindən daim burulğan dalğası kimi keçib tamaşanın vizual qəşəngliyini şərtləndirir. Bu vizual faktura qəşəngliyində isə, qəribə olsa, kədərli bir musiqi gizlənib. Bax, kompozitor Aygün Səmədzadənin həzin, kövrək bəstələri sanki həmin musiqinin gerçəkliyidir, qadın ömrünün  qara səhifələrinin melodisidir. Odur ki, bu tamaşada tərtibat musiqiyə açılır, personajların yaşantı musiqisinə çevrilir; musiqi isə tərtibatla tamamlanır, mizanlarda konkretləşir.

 Mehriban Ələkbərzadə aktyorlarla da son dərəcə dəqiq işləyib istədiyini onlardan maksimal şəkildə ala bilib. Birincisi onu deyim ki, aktyor  seçimi idealcasına sərrastdır: Münəvvər Əliyeva (Qadın) Hikmət Rəhimov (Oğlan) pyesin ruhuna başqalarından daha yaxın sənətçilərdir. Hətta mən onların ifa tərzini Milli Teatrda yeni tendensiya kimi dəyərləndirməyə meylliyəm. Hər iki aktyor əsəb gərginliyinin axırıncı pilləsində oynamağa proqramlaşdırılıb rejissor tərəfindən: çünki bu yaşantı gərginliyi olmasa, finalın ölüm sakitliyi özünü doğrultmayacaq. İkincisi: aktyorlar səhnədə böyük fiziki qüvvə israfında çalışırlar; epizoda pərçim mənaların ya hamısını oynayırlar, ya da birini oynayıb digərlərini işarələyirlər. Rejissor aktyorlarını səhnədə bir an da boş saxlamır: onlar fasiləsiz hansısa predmetlərlə davranıb epizodlarda reaksiyaların ünsiyyətin inandırıcılığına çatırlar. Busa mürəkkəb yaşantılar cərgəsinə malik tamaşada aktyor səmimiyyətinin təminatçısı olur, onları hisslərin gerçəkliyindən yayınmağa qoymur.

Aktrisa Münəvvər Əliyeva öz personajınıtənhalıq qorxusu” – “müəllimə qayğıları” – “sevgi” – “yorğunluq” – “seksual istək” – “əxlaq” – “özgə rəyindən asılılıqmarşrutu ilə sərbəstcəsinəgəzdirir”. Sonuncu dayanacaq intiqamdır: alçaldılmış təhqir edilmiş Qadının intiqamı. Bəlkə Qadın tələsdi öz intiqamında? Bəlkə Oğlana daha bir şans vermək mümkün idi? Axı o, barışıq təklif edirdi... Axı o öz kimsəsizliyini, əlacsızlığını boynuna alırdı... Axı Hamlet Klavdini dua edərkən öldürməmişdi...

Tamaşada nöqtələr, nidalar, mühakimələr, qərarlar yoxdur, vergüllər, tirelər, bəlkələr, şübhələr var. Baxmayaraq ki, hər iki aktyorMünəvvər Hikmətsəhnədə açıq, aqressiv, emosional oyun sərgiləyir, onların ünsiyyəti, danışığı, ifa manerası yarımtonlarla, əlüstü dəyişən çalarlarla zəngindir. Münəvvər Əliyeva yumşaq oyun üslubunu tərcih etmiş aktrisadır: səhnədə həmişə özü qədər olur süni yaşantılar göstərməkdənqaçır”. Bu dəfə onun personajının səhnə həyatı heç yerdə, bir dəfə olsun,  qırılmadı; rolun partiturası birnəfəsə, emosional coşqu yüksəlişində, amma pafossuz ifa edildi: qəribədir, finalda rolla bərabər aktrisa dasöndü”. Ayrı cür necə ola bilir öz sevgilisini qətlə yetirmiş Qadın, doğru olar desəm, Qatili Qətlə yetirmiş Qadın?.. Çünki fiziki qətldən öncə Oğlan müəllimənin ruhunu, ümidlərini, etibarını, sevgisini son sevincini öldürmüşdi. İndi bunlardan hansı daha çox qatildir: Qadın yoxsa Oğlan?

İnsanı tənhalıq qədər qorxudacaq ayrı bir nəsnə yox. Əgər Qadın öz tənhalığından bezməsəydi, kişisizlik acısını yaşamasaydı,  təkliyini qara bəxtinin əlaməti kimi görməsəydi, yəqin ki, Oğlanı öz evinin kandarından içəri buraxmayacaqdı. Ancaq tale, bəlkə ehtiyac, bu iki nəfəri bir-birinə doğru sürükləyirdi.

Aktyor Hikmət Rəhimov Oğlan rolunda Milli Teatrın səhnəsini fəth elədi: onun davranış manerasında, səhnədəki inamlı ötkəm yerişində mən uzaqdan uzağa dahi Həsən Turabovun cizgilərini, sənətçi üslubunu duydum: hərçənd materiallar, fakturalar tamam fərqlidir.

 Hikmət öz personajının psixofizioloji ovqatınızavallı oğru”, “qadın bədəninə tamarzı kişisadist caniüçbucağının nöqtələri arasında dəfələrlə müxtəlif variantlarda dəyişdirir, qəhrəmanının neqativ enerjisini tamaşanın mizan burulğanının mərkəzinə çevirir impulsiv oyun tərzilə səhnə təşəbbüsünə tam yiyələnir. Onun ifasında zavallı, məğmun, aciz birisi sürətlə sadist, xəstə, qaba kobud diktatora dönür seyrçilərin gözü qarşısında. Hikmətin Oğlanı tamaşanın əvvəlindəutancaq əlaçı şagirdplastikasında adlayır səhnəyə. Sonradan isə aktyor öz personajınıtürmələr dibindən çıxmış cinayətkarkimi görükdürür səhnə güzgüsündə. Hikmət təsiredici bir oyun sərgiləyir: onun hər bir psixoloji jesti tamaşaçıda həməncə konkret reaksiya oyadır. Bu reaksiyada isə ikrah nifrətdən başqa heç yoxdur. Rejissor Mehriban Ələkbərzadənin yozumunda Oğlan potensial faşistdir, dağıdıcı başlanğıcdır, psixikası zədəli şəxsiyyətdir, qara enerjinin özüdür. Qadın isə enerjidir, ailə harmoniyasının, yaşam harmoniyasının təmsilçisidir. Beləliklə, tərtibatda konkretləşmiş qara simvolikası mahiyyətin vizual proyeksiyası kimioxunur”.

 Mehriban Ələkbərzadə köhnəQatildən yeni tamaşaya yalnız Qonşu rolunun ifaçısı Səidə Quliyevanı götürüb gəlib. Səidə Quliyeva isə öz çoxbilmiş, fəndgir, tədbirli qadın maskasının cizgilərindən hər dəfə məharətlə bəhrələnməyi bacaran peşəkar bir aktrisadır. İndikiQatiltamaşasında da onun oyunu rahat səlisdir, xırda nüanslarla doludur.

Tamaşa bir süjet kimi, bir hadisə kimi faktiki surətdə Polisin hər hansı bir qatili yaxalayıb fərqlənmək, yüksəlmək, barınmaq arzusundan pöhrələnir. dramaturq, elə bil ki, bu arzunu eşidib onu gerçəkləşdirmək, gerçəkləşdirib Polisi bir insan kimi sınaqdan keçirmək istəyir. Ola da bilsin ki, bu hadisə Polisin beynində, yuxusunda oynanılır. Həqiqətdə, nəyin gerçək, nəyin xəyal, nəyin yuxu olduğunu dramaturqdan başqa kim bilə bilər ki? Ona görə tamaşada Polis (Elxan Quliyev) mənə heç ikinci dərəcəli personaj kimi görünmür. Belə ki, illər uzunu arzusunda olduğu bir məqam yetişincə məhz Polis Qatili, yəni Qadını həbsə almaqdan, deməli, öz karyerasından imtina edir, gördüyünə inanmır, inanmaq istəməyib cinayəti cəzasız qoyur, cinayətkarı elə yerindəcə həbs eləmir, əksinə, başılovlu cinayət məkanından uzaqlaşır. Busa artıq dramaturqun öz qəhrəmanına verdiyi bəraətdir: Dostoyevskidən fərqli olaraq Elçin qatili cəzadan qurtarır: çünki Qadının zəhərlədiyi Oğlanın yaşamağa insan adlanmağa mənəvi hüququ yox idi.

 Lakin final da hələ son deyil: niyəsi bu ki, seyrçi tamaşanın emosional təsirini düşüncə energetikasını özü ilə bərabər gündəlik həyata aparır təsəvvüründə tamaşanı bir daha, bir daha, bir daha fırladıb məntiqi nəticə konkretliyinə çıxmaq istəyir. Yəni seyrçi tamaşadan sonra da aktiv fikirləşir:

Qadın polis çağıra bilərdi...

Qadın qapını Oğlanın üzünə açmaya bilərdi..

Qadın qonşularına kömək üçün müraciət eləyə bilərdi...

Qadın dərs dediyi məktəbdə həmkarları ilə məsləhətləşə bilərdi...

Qadın dərdini kimlərləsə bölüşə bilərdi...

Amma yox, o, bunların heç birini eləmədi: şampan şərabına zəhər qatdı Oğlanı öldürdü...

Ona görə ki, hisslər, emosiyalar məntiqsizdir; sevgi intiqam məntiqə tablamır. Biz məntiqin ipindən yapışıb hisslər burulğanından xilas olanda normal, rahat sakit yaşayırıq, amma bilirik ki, həyatın marağı artıq bizim üçün ölüb indən beləsinə biz təkrarları həmişəlik çiynimizdə daşımağa məhkumuq. 

Oğlan gəldi Qadının günlərini maraqlı elədi...

Oğlan gəldi Qadının ömür sürdüyü evin içindəki qadağalar qəfəsini dağıtdı...

Oğlan gəldi Qadının həyatını qatıb-qarışdırdı, onun mənəvi, ruhsal ölümünü yaxınlaşdırdı.

Əvəzində Qadın tale burulğanın demək olduğunu duydu, ömür dalğalarının püskürdüyü emosiyalar pipiyində sörfinq aşiqi kimi üzməyin ekstrim həzzini yaşadı.  Bunun üçün səhv eləməyinə dəyərdimi? Bilmirəm.

Yenə suallar cərgəsi... Əsl tamaşa, bax, budur: bir an da sənin düşüncələrini, emosiyalarını rahat buraxmır, seyrçini seçmək, qərar vermək məsuliyyətilə üz-üzə qoyur.

Bu ona görə belədir ki, tamaşa seyrçilərlə müasir teatr dilində danışıb onların dünyasına sirayət eləyə bilir. Razılaşaq ki, bu, fərqli tamaşadır onun yeri artıq apriori Milli Teatrın repertuarında xüsusiləşir. Tamaşadakı rejissura emosional ekstrim rejissurasıdır: Mehriban Ələkbərzadə intim yaşantıları eyhamlaşdırmaqdan çəkinir, çılpaq həqiqətdən qaçır; brutal gerçəklik onu qorxudur, tamaşanın çılğın, dəlisov dinamikası, aktyorların psixofizioloji durumunun gərginliyi. O, sadəcə, insan həqiqətinə, dramaturji vəziyyətin həqiqətinə doğru yol gedir.

Əgər hər hansı bir rejissor qısa bir müddət ərzində müəyyən bir pyesə iki dəfə müraciət eləyirsə, bu dramaturji mətnin mənalar mozaikasından, teatral cazibəsindən özündə qapsadığı münasibətlər sirrindən xəbər verir.

 





23.10.2012    çap et  çap et