525.Az

BMT qlobal ərzaq böhranını müzakirə edəcək


 

BMT qlobal ərzaq böhranını müzakirə edəcək<b style="color:red"></b>

Dünyada qida sahəsində yaranmış problemlər mövzusu bu həftə BMT Təhlükəsizlik Şurasında müzakirə olunacaq.

525.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinken bildirib.

"Həftə ərzində BMT Təhlükəsizlik Şurası ərzaq probleminin həlli üçün hansı tədbirləri görə biləcəyimizə dair iclaslar keçirəcək", - o deyib.

ABŞ rəsmisi əlavə edib ki, bu mövzuya xarici işlər nazirləri də cəlb olunacaqlar.

Blinkenin sözlərinə görə, dünyada ərzaq qıtlığı riski Ukraynadakı hadisələrlə əlaqədar yaranıb.

 





16.05.2022    çap et  çap et