525.Az

Tufan səbəbilə Bakı-Naxçıvan reysi üzrə təyyarə geri qayıdıb


 

Tufan səbəbilə Bakı-Naxçıvan reysi üzrə təyyarə geri qayıdıb<b style="color:red"></b>

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

"Azərbaycan Hava Yolları" QSC-dən 525.az-a verilən məlumata görə, təyyarə saat 08:37-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

 





16.05.2022    çap et  çap et