525.Az

Karateçimiz Karate1 Premyer Liqa turnirində üçüncü yeri tutub


 

 Karateçimiz Karate1 Premyer Liqa turnirində üçüncü yeri tutub<b style="color:red"></b>

Mərakeş Krallığının paytaxtı Rabatda Karate1 Premyer Liqa turnirinin üçüncü mərhələsi keçirilib.

525.az xəbər verir ki, yarışda karateçilərimizdən Əminağa Quliyev (60 kq) bürünc medal qazanıb. Komandamızın digər üzvləri Sultan Hüseynov (60 kq) və İrina Zaretska (68 kq) 5-ci yerlə kifayətləniblər.

Yarışda 48 ölkədən 238 idmançı mübarizə aparıb.

Nüfuzlu turnirin növbəti mərhələsi sentyabrın 2-4-də Bakıda keçiriləcək.

 





16.05.2022    çap et  çap et