525.Az

Azərbaycan iqtisadiyyatı 7 %-dən çox böyüyüb


 

Azərbaycan iqtisadiyyatı 7 %-dən çox böyüyüb<b style="color:red"></b>

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 554,8 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 %, qeyri neft-qaz sektorunda isə 11,4 % artıb.

ÜDM istehsalının 54,8 %-i sənaye, 7,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6 %-i nəqliyyat və anbar təsərrüfatı, 4 %-i tikinti, 2,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 %-i informasiya və rabitə, 1,3 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 14,5 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,9 %-ni təşkil edib.

İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri 57,15 % artaraq 3 938 manat olub.

 





16.05.2022    çap et  çap et