525.Az

Almaniya Türk tarixi və mədəniyyətləri muzeyi ilə virtual tanışlıq


 

Almaniya Türk tarixi və mədəniyyətləri muzeyi ilə virtual tanışlıq<b style="color:red"></b>

Mayın 14-də “Zoom” tətbiqi vasitəsilə Almaniya Türk tarixi və mədəniyyətləri muzeyinin müdiri Cəmaləddin Özdəmirin bələdçiliyi ilə onlayn konfrans keçirilib.

ADPU-nun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)Azərbaycan tarixi kafedrasının müdiri dos. Naibə Əhmədova, həmçinin dos. Elmira Süleymanova, b/m. Samirə Ramazanova, b/m. Cəfər Xanəliyev, kafedranın əməkdaşları Gülşən Xalıqova, Sahibə Musayeva, Tarix və coğrafiya fakültəsinin tyutor və tələbə heyəti iştirak edib. 

Konfransda Türk tarixini, həmçinin Azərbaycan tarixini, milli-mənəvi dəyərlərini daha canlı və əhatəli şəkildə təqdim etmək üçün sikkələr, milli geyimlər, miniatürlər, rəsmlər və xalçalardan ibarət eksponatlar, kolleksiyalar nümayiş etdirilib. 

Konfrans çərçivəsində iştirakçılar Almaniya Türk tarixi və mədəniyyətləri muzeyinin beynəlxalq fəaliyyəti ilə də yaxından tanış olublar. 


 

 





16.05.2022    çap et  çap et