525.Az

Fransanın Baş naziri istefa verdi


 

Fransanın Baş naziri istefa verdi<b style="color:red"></b>

Fransanın Baş naziri Jan Kasteks istefa verib.

525.az xarici mediaya istinadən xəbər verir ki, o, istefa ərizəsini Fransa Prezidenti Emmanuel Makrona təqdim edib.

“Jan Kasteks istefa ərizəsini Emmanuel Makrona təhvil verdikdən sonra Yelisey sarayını tərk edib”, - telekanalın açıqlamasında deyilir.

Bundan əvvəl KİV Kasteks yeni hökumətə daxil olmaq istəmədiyini bildirmişdilər. Qeyd olunur ki, o, prezident seçkilərindən dərhal sonra istefa verməyi planlaşdırıb. Lakin yenidən prezident seçilən Makron ondan hökumətdəki dəyişikliklərə qədər vəzifəsində qalmasını istəyib.
 

 





16.05.2022    çap et  çap et