525.Az

Fransada 30 il sonra bir ilk


 

Fransada 30 il sonra bir ilk<b style="color:red"></b>

Fransada keçirilən prezident seçkilərindən sonra baş nazir Jan Kasteks istefa ərizəsini prezident Emmanuel Makrona təqdim etdiyi bildirilib. Onu  61 yaşlı Elizabet Born əvəz edəcək.

525.az xarici mediaya istinadən xəbər verir ki, 1992-ci ildən sonra ilk dəfə Fransa hökumətinə qadın rəhbərlik edəcək. Born 1991-1992-ci illərdə baş nazir vəzifəsində çalışmış Edit Kressondan sonra ilk qadın olacaq.

Əvvəlki çıxışında prezident Makron bildirmişdi ki, yeni baş nazir həm də ekoloji planlamadan məsul olacaq. Bu səbəbdən onun baş nazir vəzifəsini daha sosial və ekoloji yönlü namizədə verəcəyi gözlənilirdi.

Sevil Seymur

 





16.05.2022    çap et  çap et