525.Az

"Çelsi" klubunun satışı hələ də sual altındadır


 

"Çelsi" klubunun satışı hələ də sual altındadır<b style="color:red"></b>

İngiltərənin "Çelsi" klubunun satışı sual altına düşüb.

525.az xarici mediaya istinadən xəbər verir ki, buna London təmsilçisinin hazırkı sahibi Roman Abramoviçin Böyük Britaniya hakimiyyətinin təklif etdiyi müqaviləni qəbul etməkdən imtinası səbəb olub. Hökumət gecikmənin klubun fəaliyyətinə təhlükə yarada biləcəyindən narahatdır.

Rusiyalı iş adamından "zadəganlar"ın satışından əldə ediləcək 2,6 milyard funt sterlinq vəsaitin Ukraynanın xilasetmə fonduna köçürüləcəyinə dair zəmanət tələb olunub. Abramoviç isə klubun ona olan 1,6 milyard funt-sterlinq məbləğində borcunun ödənilməsini istəyir.

 

 





16.05.2022    çap et  çap et