525.Az

Bu bölgədə qaz kəsiləcək


 

Bu bölgədə qaz kəsiləcək<b style="color:red"></b>

Bu gün Şəki rayonunun bir hissəsinin təbii qazla təchizatında fasilə yaranacaq.

Bu barədə 525.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Cəfərabad” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər başa çatana qədər “Cəfərabad” QPS-dən qidalanan “Şəki-Cəfərabad” qaz ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Şəki şəhəri daxil olmaqla 1 qəsəbə və 30 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 





17.05.2022    çap et  çap et