525.Az

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub


 

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub<b style="color:red"></b>

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub.

Bu barədə 525.az-a Azərbaycan respublikasının Müdafiə Nazirliyindən xəbər verilib. Məlumatda deyilir ki, mayın 17-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Barmaqbinə məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

 





17.05.2022    çap et  çap et