525.Az

Peşələr Festivalının növbəti dayanacağı Sumqayıt şəhəri olub


 

Peşələr Festivalının növbəti dayanacağı Sumqayıt şəhəri olub<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə keçirilən Peşələr Festivalının növbəti dayanacağı Sumqayıt şəhəri olub. “Öyrən, əylən, peşəni seç” devizi ilə keçirilən festivalda iştirakçılara peşələr üzrə inkişaf yolunu tapmaqda, peşə seçimi etməkdə məlumat, tövsiyə, dəstək göstərilib, gələcək əmək bazarında trendlər və tendensiyalar haqqında müzakirələr aparılıb, gənclərin peşələr üzrə bacarıqların müəyyən etmək imkanları da nəzərdən keçirilib.

525.az xəbər verir ki, şəhərin bulvarında təşkil olunan festivalda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Agentliyin idarə heyətinin sədri Mustafa Abbasbəyli, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak ediblər.

Festivalın açılışında çıxış edənlər tədbirin məqsədi və əhəmiyyəti haqqında danışıblar. Bildirilib ki, Şamaxıda start götürən layihə Sumqayıtdan sonra ölkənin daha 8 rayon və şəhərində gənc nəslin əmək bazarına qatılmaq imkanların, onların ixtisas potensialın sınamaq imkanı yaradacaq.

Natiqlər “Öyrən, Əylən, Peşəni seç” devizi ilə reallaşan layihənin yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığın, həmçinin peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolun yüksək qiymətləndirərək bu kimi tədbirlərin peşə seçimində, karyera inkişafında rolun vacibliyin vurğulayıblar.

Layihə çərçivəsində aşpaz, dərzi, bərbər-vizajist, frontend developer, qrafik dizayner, interyer dizayner, kompüter proqram təminatı, barista, turizm agenti, elektron cihazların təmiri peşələri üzrə professional ekspertlər tərəfindən təqdimat və vorkşoplar keçirilib.

Festivalda ekspertlər təqdim olunan peşə sahələri üzrə təqdimatlar keçirib. Təşkilatçıların hazırladığı maraqlı və rəngarəng musiqi proqramı tədbirə rəng qatıb.

Qonaqlar festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər.

Növbəti festival mayın 19-da Lənkəranda keçiriləcək. Festivalda iştirak ödənişsizdir.

 





18.05.2022    çap et  çap et