525.Az

“Whatsapp”ın bu funksiyası dəyişib


 

“Whatsapp”ın bu funksiyası dəyişib<b style="color:red"></b>

"WhatsApp" messencerində qrup çatlarından çıxmaqla bağlı funksiyalardan biri dəyişiləcək.

525.az-ın məlumatına görə, bu barədə istifadəçilərə "WABetaInfo" portalının ekspertləri bildiriblər.

Məlumatda bildirilir ki, "WhatsApp"ın kompüterlər üçün 2.2218.1 saylı beta versiyasında indi qrup söhbətlərini səssizcə tərk etmək imkanı var. Yalnız adminlər istifadəçinin söhbəti tərk etməsi barədə bildiriş alır. Hazırda isə istifadəçi qrup söhbətini tərk edərsə, onun bütün iştirakçıları bunu görə bilir.

 





18.05.2022    çap et  çap et