PKK və YPG terror təşkilatlarına dəstək vermək, daha sonra isə NATO-ya üzvlük üçün Türkiyədən dəstək istəmək məntiqsizlikdir.
525.az xəbər verir ki, bunu Türkiyə Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanın NATO-ya mümkün üzvlüyünə münasibət bildirərkən deyib.
“30 terrorçunu istədik, bizə təhvil vermədilər”, - Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti, Finlandiya ilə İsveçin NATO üzvlüyünə “hə” deməyəcəklərini bəyan edib.