525.Az

Yazıçılar Birliyində ədəbi tənqid barədə məruzə dinlənildi


 

Yazıçılar Birliyində ədəbi tənqid barədə məruzə dinlənildi<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda tənqidçi Əsəd Cahangirin müasir ədəbi tənqidimiz mövzusunda məruzəsi dinlənilib.  Tədbirin açılışında yazıçı-dramaturq, AYB-nin katibi Elçin Hüseynbəyli qonaqları salamlayıb, qısa və ümumi təqdimatdan sonra sözü Ə.Cahangirə verib.

Məruzədən sonra E.Hüseynbəyli onunla bağlı fikirlərini bölüşüb: "Əsəd bu məruzəsi ilə, 4-5 nəfəri çıxmaqla, demək olar ki, bütün ədəbi mühiti özünə düşmən etdi".

Məruzə barədə AYB-nin sədr müavini Rəşad Məcid də fikirlərini bölüşərək deyib: "Əsəd məruzəyə başlayanda düşünürdüm ki, bu, indiyədək dinlədiyimiz ən yaxşı məruzə olacaq. Bunu düşünməyə haqqım çatırdı, çünki Əsəd Cahangirin intellektinə və ədəbi biliyinə bələd biriyəm. Amma dinlədikcə gördüm ki, məruzədə daha çox subyektivlik var. Əgər sən AYB-nin adından məruzə ilə çıxış edirsənsə, şəxsi düşüncələrini bir kənara qoyub, məsələyə daha çox obyektiv münasibətini bildirməlisən. "Azərbaycan" jurnalı və Ədəbiyyat İnstitu ilə bağlı dediklərində də qərəz hiss olunurdu. Bu məruzənin xeyli hissəsini qeyri-obyektiv hesab edirəm. Ümumiyyətlə, düşünürəm ki, bu, AYB adından olan məruzə hesab edilə bilməz".

Filologiya elmləri doktoru Vaqif Yusifli bildirib ki, Ə.Cahangirin yaradıcılığında polemika hissi güclüdür: "Əsəd Cahangirin ta əvvəldən polemik ruha kökləndiyinin şahidi olmuşam. Dəfələrlə olub ki, mən onun fikirləri ilə razılaşmamışam, o da mənimlə. Amma onun ədəbiyyata gəlişini çox yaxşı xatırlayıram. Onun bütün yaradıcılığında bu polemika hissi güclüdür. Eynilə bu məruzəni mən ya da başqa birisi etsəydi, daha sərt qarşılana bilərdi. Amma bu üsyançı və cəsarətli ruh onda əvvəldən mövcuddur. Sadəcə olaraq, mən olsaydım, bu çıxışı qərəzlilik fonunda eləməzdim. Məruzədə xeyli mübahisəli məsələlər olsa da, təbii ki, bunların hamısı Əsəd Cahangirin şəxsi fikirləridir".

Tənqidçi Bəsti Əlibəyli məruzə barədə deyib: "Əsəd bəyin təfəkkürünə də, cəsarətinə də, ədəbiyyat savadına da bələdəm. Burada bir çox məruzəni dinləmişəm. Rahatlıqla deyə bilərəm ki, Əsəd Cahangirin indiki məruzəsi diqqəti cəlb edən, hərtərəfli məruzədir".

Yazıçı-publisist Natəvan Dəmirçioğlu da məruzə haqqında düşüncələrini paylaşıb: "Biz ədəbi müzakirələri, ədəbi fikir dartışmalarını şəxsi münasibətlərə yuvarlamadan, ədəbiyyatı hədəfləyərək, ədəbi məhsulları aksentləyərək aparmalıyıq. Qazanan ədəbiyyat, söz və oxucu olmalıdır.

Ümumi anlamda məruzənin elmi səviyyəsi, akademizmi qənaətbəxşdir. Amma redaktəyə ehtiyac var. Bəlkə zaman geniş olsaydı Əsəd Cahangir də özu-özünü redaktə ehtiyacı hiss edərdi".

EL ROMAN

 





18.05.2022    çap et  çap et