525.Az

Bayden Finlandiya və İsveçin NATO-ya qoşulmaq planını dəstəkləyib


 

Bayden Finlandiya və İsveçin NATO-ya qoşulmaq planını dəstəkləyib<b style="color:red"></b>

“Mən Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı tarixi müraciətlərini ürəkdən alqışlayıram və qətiyyətlə dəstəkləyirəm”.

525.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı bəyanatında belə deyib. O bildirib ki, həm İsveç, həm də Finlandiya hərtərəfli və əhatəli demokratik proseslərdən sonra NATO-ya üzv olmaq üçün vacib qərar qəbul edib.

Bayden vurğulayıb ki, tarixin ən böyük müdafiə alyansı olan NATO Avropada və Şimali Amerikada demokratik prinsiplər, sülh və firavanlığa ortaq baxış ətrafında birləşmiş bir milyard insanın təhlükəsizliyinə zəmanət verir.

Bayden NATO-nun Nizamnaməsinin 5-ci maddəsinə sadiqliyinin dönməz olduğunu vurğulayıb.

ABŞ Prezidenti əlavə edib ki, Finlandiya və İsveç ABŞ-ın çoxdankı, möhkəm tərəfdaşlarıdır və bu ölkələrin NATO-ya qoşulması ilə müdafiə sahəsində əməkdaşlıq daha da güclənəcək.

“ABŞ NATO müttəfiqləri ilə birlikdə Baltik dənizi regionunda çevik təlim fəaliyyətini və mövcudluğunu davam etdirəcək. Onların NATO-ya üzvlük müraciətlərinə baxılarkən, ABŞ ortaq təhlükəsizliyimizə qarşı hər hansı təhdidə qarşı ayıq-sayıq qalmaq, təcavüz təhlükəsinin qarşısını almaq üçün Finlandiya və İsveçlə işləyəcək”, - deyə Bayden bildirib.

 





18.05.2022    çap et  çap et