525.Az

Çavuşoğlu BMT-nin Baş katibi ilə görüşüb


 

Çavuşoğlu BMT-nin Baş katibi ilə görüşüb<b style="color:red"></b>

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.

525.az-ın verdiyi məlumata görə, bu barədə nazir “Twitter“ hesabında məlumat paylaşıb.

Çavuşoğlunun ABŞ-a səfəri çərçivəsində baş tutan görüşdə Ukraynaya dair humanitar məsələləri və sülhün təmin edilməsi üçün atılacaq addımlar müzakirə edilib.

 





18.05.2022    çap et  çap et