CSKA-nın təcrübəli müdafiəçisi karyerasını yekunlaşdırıb.
525.az Goal.az-a istinadən xəbər verir ki, 31 yaşlı rusiyalı Mario Fernandeş rəsmən karyerasını bitirib. Bu barədə futbolçu özü mətbuata açıqlama edib.
Qeyd edək ki, Fernandeş 13 il peşəkar futbolla məşğul olub. 10 ilini CSKA-ya həsr edib.