525.Az

Bakı metrosunun qatarında nasazlıq yaranıb


 

Bakı metrosunun qatarında nasazlıq yaranıb<b style="color:red"></b>

"Dərnəgül-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatarda "Koroğlu" stansiyasında nasazlıq yaranıb. Köməkçi qatar təyin edilib.

 "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinə istinadən 525.az xəbər verir ki, mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə metropolitenin texniki-normativ tələblərinə uyğun olaraq, qatardan sərnişinlər düşürülüb.

Qatar hazırda xətdən çıxarılır.

Nəticə etibarı ilə xətlərdə intervaldan əlavə 8 dəqiqəlik yubanma var.

 





18.05.2022    çap et  çap et