Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə görüşüb.
525.az-ın verdiyi məlumata görə, bu barədə nazir görüşdən sonra mətbuata açıqlamasında deyib.
O qeyd edib ki, amerikalı həmkarı ilə ikitərəfli münasibətlər, Rusiya- Ukrayna müharibəsi, Canubi Qafqazda vəziyyət və Ermənistanla normallaşma prosesini müzakirə edib.