525.Az

Çavuşoğlu: “ABŞ-la əməkdaşlığımızın inkişafı Cənubi Qafqaz üçün də vacibdir”


 

Çavuşoğlu: “ABŞ-la əməkdaşlığımızın inkişafı Cənubi Qafqaz üçün də vacibdir”<b style="color:red"></b>

İstər beynəlxalq sülhün təmini, istərsə də koronavirusla mübarizə və Ukraynada müharibənin dayandırılması məsələsində Türkiyənin çox vacib ölkə olduğunu hər kəs gördü.

525.az-ın verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a səfəri zaman mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqı ölkələri də artıq bunu anlayır.

“Bizim ABŞ-la bütün sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək sədəcə iki ölkənin maraqları üçün deyil, həm də bölgəmiz, NATO, Avropa, Afrika, Yaxın Şərq və Cənubi Qafqaz üçün də vacibdir”,- deyə diplomat vurğulayıb.

 





18.05.2022    çap et  çap et