525.Az

Azərbaycan TRACECA-ya dəstək verəcək


 

Azərbaycan TRACECA-ya dəstək verəcək<b style="color:red"></b>

Azərbaycan infrastrukturun inkişafı, nəqliyyat marşrutlarının diversifikasiyası və rasional istifadəsində maraqlıdır.

"APA-Economics"in xəbərinə görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat Sahəsinin İnkişafı şöbəsinin müdiri Vasif Əmiraslanov Azərbaycanda beynəlxalq avtomobil daşınmalarının perspektiv inkişafına həsr olunmuş konfransda bildirib. Qeyd edib ki, bu istiqamətdə ölkə normativ aktların inkişafında da maraqlıdır.

Vasif Əmiraslanov xatırladıb ki, Azərbaycan bir sıra nəqliyyat layihələrinin və dəhlizlərinin iştirakçısıdır.

Şöbə müdiri onu da əlavə edib ki, Azərbaycan tərəfi gömrük prosedurlarının və tarif siyasətinin sadələşdirilməsi istiqamətində öz səylərini əsirgəməyərək bu sahədə TRACECA-ya dəstək verəcək.

 





19.05.2022    çap et  çap et