525.Az

Bu gün NATO-nun Hərbi Komitəsinin iclası olacaq


 

Bu gün NATO-nun Hərbi Komitəsinin iclası olacaq<b style="color:red"></b>

Bu gün, mayın 19-da NATO-nun Brüsseldəki mənzil-qərargahında Alyansın ali hərbi orqanı olan Hərbi Komitənin iclası keçiriləcək.

525.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

İclasa Hərbi Komitənin sədri admiral Rob Bauer rəhbərlik edəcək. Toplantıda NATO-nun iyunda İspaniyanın paytaxtı Madriddə keçiriləcək sammitə hazırlıq, Rusiya-Ukrayna müharibəsi müzakirə olnuacaq.

Ukrayna, eləcə də Alyansa üzv olmaq üçün ərizə verən Finlandiya və İsveç müdafiə nazirləri də müzakirələrdə iştirak edəcəklər.

 





19.05.2022    çap et  çap et