525.Az

Bahar Muradova hər kəsi məişət zorakılığının qarşısının alınmasında səy göstərməyə çağırıb


 

Bahar Muradova hər kəsi məişət zorakılığının qarşısının alınmasında səy göstərməyə çağırıb<b style="color:red"></b>

"Qadınlara qarşı zorakılıqdan danışarkən, fövqəladə vəziyyətlərin, o cümlədən silahlı münaqişələrin onlara təsirini xüsusilə qeyd etməliyik. Biz hazırda 30 illik münaqişə və təcavüzdən təsirlənmiş 100 minlərlə qadının hüquqlarını bərpa etmək və onların aldığı hər növ travmalara qarşı davamlılığını artırmaq istiqamətində fəaliyyətlərimizi də davam etdiririk".

525.az xəbər verir ki, bunu "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizədə milli parlamentlərin rolu" mövzusunda keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

"Məişət zorakılığı və gender-əsaslı zorakılıqla mübarizədə hər bir fərdin, eləcə də vətəndaş cəmiyyətinin dəstəyi vacibdir. Zorakılığa son qoymaq üçün bütün səylər birləşdirilməlidir" - o əlavə edib.

 





19.05.2022    çap et  çap et