525.Az

Vətən müharibəsi qazisi Ərdoğana bayraq təqdim etdi


 

Vətən müharibəsi qazisi Ərdoğana bayraq təqdim etdi<b style="color:red"></b>

Türkiyənin Müharib Qazilər Dərnəyinin  dəvəti, Azərbaycan Respublikası Qeyri Hökümət  Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Tərxis olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə qardaş Türkiyəydə səfərdə olan Qarabağ qaziləri Prezident Rəcəb  Tayyib Ərdoğanla görüşüb.

Bu barədə məlumat verən “Tərxis olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli görüşün Türkiyə Böyük Millət Məclisində baş tutduğunu bildirib. 

“Deyə bilərəm ki, görüş çox yüksək səviyyədə keçirildi.  Rəcəb Tayyib Ərdoğan məclisə daxil olarkən qazilərimizi salamladı. Bütün türk dünyasının onlarla qürur duyduğunu vurğuladı”.

Emin Həsənli  yüksək qəbula və etimada, 44 günlük müharibədə 84 milyonluq Türkiyənin Azərbaycanın yanında olduğuna görə  Türkiyə Silahlı Qüvvələri Ali Baş Komandanına təşəkkür edib.

Görüş zamanı Türkiyə Prezidentinə Xarı bülbül əks olunan nişan, ideya müəllifi Emin Həsənli, redaktoru Seyfəddin Səfərov olan  “Əbədi qardaşlıq yolu” kitabı  hədiyyə edilib.

Nümayəndə heyətində təmsil olunan qazilərimizdən biri Vətən müharibəsi zamanı üçrəngli bayrağımızla yanaşı Şuşaya qədər apardığı Türkiyə bayrağını Rəcəb Tayyib Ərdoğana hədiyyə etməsi  Prezidenti duyğulandırıb.

Türkiyə Prezidenti belə görüşlərin gələcəkdə də tez-tez baş tutmasına böyük önəm verdiyini və davamlı olmasına dair tövsiyyələrini verib.

 

 





19.05.2022    çap et  çap et