525.Az

Türkiyəli nazir sabah Qarabağa səfər edəcək


 

Türkiyəli nazir sabah Qarabağa səfər edəcək<b style="color:red"></b>

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi mayın 20-də işğaldan azad olunmuş ərazilərə səfər edəcək.

525.az xəbər verir ki, bu barədə Vahid Kirişçi "Azərbaycan-Türkiyə İş Adamları" Birliyinin (ATİB) İdarə Heyətinin ümumi yığıncağında bildirib.

"Səfərimiz zamanı Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi olaraq Azərbaycanla imzalanmış və imzalanma mərhələsinə çatmış müqavilələr çərçivəsində təcrübəmizi paylaşacağıq"- deyə türkiyəli nazir əlavə edib.

 





19.05.2022    çap et  çap et