525.Az

Şabran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib


 

Şabran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib<b style="color:red"></b> Şabran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, yol qəzası Bakı-Quba yolunun 132-ci kilometrində qeydə alınıb.
 
Vətəndaşa məxsus "KamAZ" markalı yük avtomobilinin və digər vətəndaşa məxsus "VAZ-2106" markalı minik avtomobili ilə toqquşması nəticəsində "VAZ-2106" markalı minik avtomobilinin sürücüsü ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.
 
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılmış vəziyyətdə qalmış 1982-ci il təvəllüdlü Mövlanverdiyev Rafiq Adıgözəl oğlunun meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 12:22-də başa çatıb.
 





30.05.2014    çap et  çap et