|
|
|
|
Rusiyanın Ukraynaya hücumu bizim bu qərarımızda dönüş nöqtəsi oldu. Parlamentimiz də inanırdı ki, İsveç xalqının təhlükəsizliyi NATO üzvü kimi daha yaxşı müdafiə oluna bilər.
525.az-ın məlumatına görə, bunu İsveçin Baş naziri Maqdalena Andersson Vaşinqtonda ABŞ və Finlandiya liderləri ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İsveçinin inkişaf etmiş, müasir hərbi imkanları var: “Biz inanırıq ki, müdafiə sahəsində NATO-ya öz töhfəmizi verəcəyik”.
Baş nazir ölkəsinin NATO-ya üzvlüklə bağlı Türkiyənin narahatlıqlarına da münasibət bildirib: “Biz Türkiyə də daxil olmaqla, NATO-nun bütün üzvləri ilə müzakirə olunacaq məsələlər üçün dialoqa bütün səviyyələrdə hazırıq.
İsveç NATO üzvü kimi öz üzərinə düşən məsuliyyəti yerinə yetirməyə sadiq olacaq”.