525.Az

ADPU-da “Mizan” dram dərnəyi şəhidlərin xatirəsinə həsr olunan tədbir keçirib


 

ADPU-da “Mizan” dram dərnəyi şəhidlərin xatirəsinə həsr olunan tədbir keçirib<b style="color:red"></b>

Mayın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) xalq artisti, professor Məmmədsəfa Qasımovun (Məmməd Səfa) rəhbəri olduğu ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin “Mizan” dram dərnəyinin təşkilatçılığı ilə “Şəhidlik ən uca zirvədir” adlı ədəbi-bədii tədbir keçirilib.

525.az xəbər verir ki, tədbir 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə yüksələn  Pedaqoji Universitet ailəsinin 13 məzununun xatirəsinə həsr olunub. Bunlardan üç nəfəri, o cümlədən Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışova Pedaqoji Kollecin məzunudur.

Şəhidlərin xatirəsinə həsr olunan səhnələrin, şeir və ifaların yer aladığı kompazisiya böyük maraq və həyəcanla qarşılanıb.
Sonda çıxış edən universitetin rektoru, professor Cəfər Cəfərov bildirib ki, müasir dövrdə mütəxəssis hazırlığının əsas istiqamətlərini müzakirə edərkən əsasən iki məqam üzərində dayanılır: vətənpər və səriştəli kadrlar hazırlamaq. Məhz bu baxımdan tanınmış sənətkarımız Məmməd 

Səfanın rəhbərliyi ilə ADPK-nın “Mizan” dram dərnəyinin fəaliyyəti olduqca vacib və diqqətəlayiqdir.
Öz növbəsində çıxış edən xalq artisti Məmmədsəfa Qasımov da yaradılan şəraitə və göstərilən diqqətə görə təşəkkürünü bildirərək şəhidlərimizin təbliğinin hər birimzin borcumuz olduğunu vurğulayıb.

ADPU-nun mətbuat katibi Cavid Hüseynov

 





19.05.2022    çap et  çap et