525.Az

ABŞ və Rusiya Baş Qərargah rəisləri daim əlaqədə olmaq barədə razılığa gəlib


 

ABŞ və Rusiya Baş Qərargah rəisləri daim əlaqədə olmaq barədə razılığa gəlib<b style="color:red"></b>

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milley telefon danışığı aparıb.

525.az xarici mediaya  istinadən xəbər verir ki, danışıq zamanı təhlükəsizlik məsələləri müzakirə edilib.

Tərəflər rabitə vasitəsi ilə daim əlaqədə olmağı razılaşdırıblar.

ABŞ-ın təşəbbüsü ilə baş tutan telefon danışığı Ukraynada xüsusi əməliyyat başlayandan bəri ilk söhbət olub.

Telefon danışığının təfərrüatları açıqlanmayıb.

Xatırladaq ki, mayın 13-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu amerikalı həmkarı Lloyd Ostin ilə telefon danışığı aparıb. Onlar beynəlxalq təhlükəsizliyin aktual məsələlərini, eləcə də Ukraynadakı vəziyyəti müzakirə ediblər.

 





19.05.2022    çap et  çap et